Yelisey sarayında Paşinyanla
Makron arasında görüş olub 

Yelisey sarayında PaşinyanlaMakron arasında görüş olub 
 

Yelisey sarayında   Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında görüş olub və görüş zamanı Makron bir daha Fransanın Ermənistanın daha da inkişafına və mövcud problemlərin aradan qaldırılmasına dəstəyini vurğulayıb.

"Paralel.az" xəbər verir ki, Paşinyan Ermənistan-Fransa əməkdaşlığının bütün sahələrdə inkişafının vacibliyini vurğulayıb. 

Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsində Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının sədrinin Qranadada qəbul etdikləri dördtərəfli bəyanatda əksini tapmış prinsiplərin əhəmiyyəti vurğulanıb.

Tərəflər eyni zamanda Qarabağdan çıxan ermənilərin humanitar problemlərinə, o cümlədən Ermənistan hökumətinin onların aradan qaldırılması istiqamətində atdığı addımlara toxunulub. 

Mövcud problemlərin həllində beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyi vurğulanıb.

Regional sülh və sabitlik, o cümlədən Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

0.059747934341431