Ərdoğan Ermənistana çağırış etdi

Ərdoğan Ermənistana çağırış etdi
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında Ermənistana çağırış edib.

“Report” xəbər verir ki, R.T.Ərdoğan Zirvə toplantısındakı çıxışında deyib ki, Xəzər keçidli Orta dəhlizin əhəmiyyəti daha da artıb.

O bildirib ki, Qarabağdan Əfqanıstana qədər hər yerdə həmrəylik göstərilməlidir: “Qarabağın azad olunması nəticəsində regionda sülhə bir az da yaxınlaşdıq. Ermənistan öhdəliklərini yerinə yetirsə, bu proses daha da asanlaşacaq”.

 

0.097588062286377