Yaponiyada ayı tələbəni yeyib

Yaponiyada ayı tələbəni yeyib
 

Yaponiyada vəhşi ayı alpinizm səyahətinə çıxan tələbəni yeyib.

"Paralel.az" unikal-a istinadən xəbər verir ki, 22 yaşlı Kanato Yanaike noyabrın 2-də Hokkaydo adasındakı Fukusima kəndi yaxınlığında aşkarlanıb. Onun şəxsiyyəti DNT testi sayəsində müəyyən edilib. Yanaikenin oktyabrın 29-dan itkin düşdüyü məlum olub. Bundan əvvəl o, dostuna Daisengen dağına dırmaşacağını deyib. .

Alpinistin qalıqlarının tapıldığı yerdən bir qədər aralıda ayı cəsədi də tapılıb. Səlahiyyətlilər oktyabrın 31-də eyni ərazidə vəhşi heyvanın 3 kişiyə hücum etdiyini bildiriblər. Ayı yalnız bir neçə bıçaq zərbəsindən sonra geri çəkilib.

 

0.017676830291748