Fransada mindən çox antisemitizm aktı qeydə alınıb

Fransada mindən çox antisemitizm aktı qeydə alınıb
 

Fransada son bir ayda antisemitizm aktlarına görə 490-dan çox insan saxlanılıb.

"Paralel.az" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin məlumat verib.

“Oktyabrın 7-dən indiyədək 1100-ə yaxın antisemitizm aktı qeydə alınıb. Ay ərzində bütün 2022-ci ildəkindən iki dəfə çox antisemitizm aktı baş verib, 490-dan çox adam saxlanılıb”, - deyə nazir bildirib.

 

0.014791011810303