Qəzzada ölənlərin sayı açıqlandı

Qəzzada ölənlərin sayı açıqlandı
 
22:36:01Oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 10 328 nəfərə çatıb.
 
“Paralel.az” xəbər verir ki, bu barədə məlumatı anklavın Səviyyə Nazirliyi yayıb.
 
Ölənlərin 4237-nin uşaq, 2719-nun qadın olduğu bildirilir.
 
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

 

0.031977891921997