QHT layihənin icrasını tamamladı

QHT layihənin icrasını tamamladı
 

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı 4 aylıq layihənin icrasını tamamladı.
Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və vəziyyətin təhlili aparılmış, təhlil və monitorinq işləri nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin real vəziyyətinin qısa təsviri hazırlanmışdı. Tədqiqatın nəticələrinin 4 ali təhsil müəssisəsində -UNEC, ADPU, Qərb Universiteti və Azərbaycam Universitetində təqdimatı oldu. Təqdimatlar iştirakçıların böyük marağına səbəb oldu. Tədbirlərə 200 nəfərə yaxın iştirakçı qatılmışdı.
Layihə rəhbəri “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB həmtəsisçisi dos.İlham Əhmədovdur.

"Paralel.az"

0.013472080230713