Səhmdarlar toplaşmaq istəmədi, şirkətin ləğvi təxirə düşdü

Səhmdarlar toplaşmaq istəmədi, şirkətin ləğvi təxirə düşdü
 

“Bakı Texnika Sənaye” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı ləğv edilib.

"Paralel.az" xəbər verir ki, buna səbəb səhmdarların toplantıya qatılmaq istəməməsi olub.

Qeyd edək ki, şirkət oktyabrın 27-də cəmiyyətin ləğv edilməsi və ləğvetmə komissiyasının yaradılması ilə bağlı səhmdarlarına müraciət edərək dekabrın 1-də keçiriləcək yığıncağa dəvət etmişdi. 

Xatırladaq ki, “Bakı Texnika Sənaye” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 239 824 manatdır və qanuni təmsilçisi Nazim Qarayevdir.

 

0.010627031326294