Bələdiyyələrə vəsait bu qədər artırılacaq - Nazir

Bələdiyyələrə vəsait bu qədər artırılacaq - Nazir
 

Növbəti ildə dövlət büdcəsindən bələdiyyələrə 12,5 milyon manat vəsait ayrılacaq.

Paralel.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü il dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu vəsait cari ilə müqayisədə 9,7 faiz çoxdur. “Ayrılan vəsaitin 6,5 milyon manatı bələdiyyələrə dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə su təchizatı və bu sahəyə xidmət kimi subsidiya formasında veriləcək”, - nazir qeyd edib.

 

0.01400899887085