Hollandiyalı siyasətçidən İslam əleyhinə qalmaqallı açıqlamalar...

Hollandiyalı siyasətçidən İslam əleyhinə qalmaqallı açıqlamalar...
 

Daha əvvəl müsəlmanları və Türkiyə Prezidenti Ərdoğanı hədəf alan hollandiyalı siyasətçi Gert Vilders yenidən İslam və müsəlmanlara qarşı qalmaqallı açıqlamalar verib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, ifrat sağçı siyasətçi sosial şəbəkə hesabında paylaşım edib.

"Problem İslamdadır. Mən 20 ildən artıqdır ki, İslamı xəbərdar edirəm. Mollalar mənin haqda fətva verib müsəlmanlara məni öldürməyi əmr ediblər. Prokurorlar məni məhkəməyə veriblər. Ölkələr məni arzuolunmaz adam elan ediblər. Amma bir həqiqəti təkrar edirəm: problem İslamdadır”.

Xatırladaq ki, Gert əvvəllər də irqçi və ayrı-seçkilik xarakterli ritorika ilə İslamı və müsəlmanları hədəfə alıb.

O, sosial media hesabında insanlara çağırış edərək Məhəmməd peyğəmbər mövzusunda karikatura müsabiqəsi təşkil edib.

“Məhəmməd peyğəmbər haqqında çəkdiyiniz karikaturaları mənə göndərin. İfadə azadlığı zorakılıq və İslami fətvadan üstün olmalıdır” - deyə o qeyd edib.

Günay

Ölkə.Az

P.S.: Böyük bir toplumun müqəddəs hesab etdiyi bir şəxsi, dini hədəfə almaq nə zamandan ifadə azadlığı sayılır? Milyonlarla müsəlmanı aşağılamaq haqq, hüquqdurmu? İfadə azadlığı anlayışı qarşı tərəfin hüquqlarını tapdayana qədərdir. Qərbin ikiüzlü siyasəti yəqin ki, elə budur. İfadə azadlığı adı altında insanları təxribata sürükləmək, daha sonra isə əzilən tərəf olduğunu nümayiş etdirib qarşısındakını günahkar elan etmək. İrqçi qarşıdurmalara zəmin yaratmaq qaşınmayan yerdən qaşıyıb qan çıxarmağa bənzəyir. Kimə lazımdır belə təxribatlar, hansı dairələrə xidmət edib belə çıxışlar? Ağlı başında olan siyasətçi quruculuqla, yoxsa dağıdıcılıqla məşğul olmalıdır?! Ümumiyyətlə, şoumenlik edib insanların heysiyyəti ilə oynamaq hansı məntiqə sığır? Bəli, bu, Qərb demokratiyasıdır.

 

0.014161109924316