1500 manata mühəndis hazırlanmaz -
dos. İlham Əhmədov

1500 manata mühəndis hazırlanmaz -dos. İlham Əhmədov
 

Bu ərəfədə keçirilən təhsil Forumunda təhsil naziri E. Əmrullayev demişdi ki, 1500 manata universitetdə mühəndis hazırlanmaz.
Bəli, nazir tam haqlıdır. Amma nazirin bu sözü xalqa deməsi qəribədir, o bunu hökumətdən tələb etməlidir, deməlidir ki, dövlətin hər tələbəyə görə universitetlərə ödədiyi təhsil haqqı pulu ən azı 3 qat artırılsın, necə ki son 3 ildə dövlət qiymətləri 2-3 dəfə artırdı.
Bu fikri (ATM-də təhsil haqqının çox az olmasını) biz hələ 10 il əvvəl demişik. Davamı ilə də demişik ki:
" buna azı 5000 man. lazımdır. Amma:
1) bizim vətəndaşlar bu məbləği ödəmək gücündə deyillər.
2) Bu məbləği bizə ödəməkdənsə, bu qiymətə onlar uşaqlarını xarici (TC, RF, Qazaxstan v.s.) universitetlərdə oxuda bilərlər, bu daha yaxşıdır onlar üçün.
3) Bizim universitetlər 5000 manatlıq kadr hazırlamağa qadir deyil.
Bunun həll yolu, 5000 manat təhsil haqqının universitetlərə dövlət tərəfindən ödənilməsidir."
Yoxsa idman yarışlarına 100 milyonlar, elm və təhsilə təlabatdan dəfələrlə az məbləğ ödəməklə ölkənin elmi və təhsili ola bilməz, iqtisadiyyatı, xüsusən qeyri neft sektoru inkişaf edə bilməz, necə ki, bu 30 ildə olmadı.
Niyə 30 il əvvəl bu vəziyyət yox idi? Ona görə pis vəziyyətdədir alimlərin, elmin və universitetlərin durumu ki, ehtiyacdan dəfələrlə az maliyyə ayrılır bu sahələrə.

“Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı.”
(A.R. Prezidenti İlham Əliyev).

Ümid edirik ki, Qarabağda möhtəşəm Zəfərdən sonra təhsilə kifayət qədər pul ayrılar. Çünki, elm və təhsil problemlərinin həlli dövlətçilik üçün heç də Qarabağ problemindən az əhəmiyyətli deyil.

"Paralel.az"

0.097186088562012