Vladimir Putin sağdırmı?!
Məşhur ukraynalı jurnalist, "Qordonun qonaqları" tele-proqramının aparıcısı Dimitri Qordon bir neçə gün əvvəl tanınmış rusiyalı siyasi icmalçl, tarix elmləri doktoru Valeri Soloveylə qeyri-adi, sözün əsl mənasında sensasion bir müsahibə paylaşıb. Solovey öz müsahibəsində deyir ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 26-da Valdayda öz rezidensiyasında vəvat edib.
Hazırda Rusiyada çaxnaşmalar olmasın deyə, Prezident Putinin ölümü xalqdan gizlədilir, TV-lərdə onun klonları göstərilir. Rusiyanı, faktiki olaraq, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev idarə edir. Valeri Soloveyin iddiasına görə, Vladimir Putin 2020-ci ildə İsraildə onkoloji xəstəlikdən əməliyyat olunub, həkimlər ona 2-3 il vaxt qoyublar. Bu vaxt da bu il sentyabr ayında tamam olub.
Vladimir Solovey deyir ki, Vladimir Putinin ölümü hardasa 2 ay xalqdan və dünyadan gizlədiləcək, bu müddətdə Ukrayna ilə müharibə və sülh məsələsinə bir əncam çəkiləcək, Putinin siyasi varisi müəyyən ediləcək və s. Yeri gəlmişkən, belə bir təcrübə artıq Rusiya rəhbərliyində var. RLDP-nin sədri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskini də ölümü hardasa 1-2 ay xalqdan gizlədildi, bu müddətdə LDP-nin lideri təyin edilbi və s.
Soloveyin fikrincə, Putinin fiziki sonunun rəsmi təsdiqi olmasa da, göstəriciləri "n" qədərdir. Lukaşenkonun Rusiya ilə Belarusun inteqrasiyasını rəsmiləşdirmək təklifindən, İsrailin Qəzzada quru əməliyyatlarına başlamasına qədər bu qəbildəndir. Hazırda Moskvada və Valdayda qeyri-rəsmi gücləndirilmiş hərbi vəziyyətdir. Siyasi icmalçı iddia edir ki, İsrailin Baş naziri Netanyahu hadisədən əvvəl Prezident Putinlə zəngləşib və Rusiyanın Qəzzada quru əməliyyatlarına razılığı olmasa, onun sağlamlıq durumu barədə məlumatları açıqlayacağını bildirib. Putin də fakt qarşısında qalaraq, razılıq verib. Amma Lukaşenkonun təklifi hələlik havadan asılı qalıb...
Qalib Arif
"Paralel.az"