Pensiya artımı bizi qane edən səviyyədə deyil - Sahil Babayev 

Pensiya artımı bizi qane edən səviyyədə deyil - Sahil Babayev 
 

Azərbaycanda orta və minimum pensiya MDB və postsovet məkanın alıcılıq qabiliyyətinə görə, birinci, ikinci yerdə olsa da, amma bizi qane edən və arzuolunan səviyyədə deyil.

"Paralel.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev parlamentdə 2024-cü il büdcə müzakirələri zamanı deputatların suallarına cavab verərkən deyib.

Nazirin sözlərinə görə, növbəti ildə Azərbaycanda orta pensiya həddi 516 manat təşkil edəcək ki, bu da 5 il əvvəlki müddətdən 2 dəfədən artıqdır. 

“5 il əvvəl Azərbaycanda orta aylıq pensiya 225-250 manat təşkil edirdisə, 2024-cü ildə 516 manat təşkil edəcək”, - nazir bildirib.

O eyni zamanda əlavə edib ki, ölkədə daha çox medyan pensiya 2,5 dəfə artıb.

 

 

0.015949010848999