Doğumu artırmaq üçün "ata kapitalı"nın tətbiqi təklif edilir

Doğumu artırmaq üçün
 

Rusiya ailələrinə üçüncü və sonrakı uşaqların doğulması və ya övladlığa götürülməsinə görə "ana kapitalı”na əlavə olaraq "ata kapitalı” kimi 1 milyon rubl verməyə başlaya bilər.

Paralel.az xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti sənədə istinadən yazır.

Nəşrin əldə etdiyi məlumata görə, doğum səviyyəsini stimullaşdırmaq üçün belə bir tədbir Rusiya Federasiyası İctimai Palatasının demoqrafiya, ailə, uşaq və ənənəvi dəyərlərin qorunması üzrə komissiyanın hesabatında yer alıb.

Hesabat müəllifləri qeyd edirlər ki, doğumun mənfi tendensiyaları və ölümün azaldılmasında ləng irəliləyişin vəhdədi Rusiya əhalisinin sayının azalmasına şərait yaradıb. 

"Vəziyyət belə davam edərsə, o zaman 2030-cu ilə qədər ölkə təbii azalmadan 6 milyondan çox insan itirəcək və onların yerini miqrasiya axını doldura bilməyəcək", deyə İctimai Palata vurğulayıb.

Sənəddə deyilir ki, əhalinin itkisi təkcə sosial deyil, həm də iqtisadi nəticələrə, o cümlədən pensiya sistemi üçün problemlərə təhlükə yaradır. "Eyni zamanda, əhalinin dayanıqlı artımına nail olmaq yalnız doğum səviyyəsinin artırılması ilə mümkündür, dövlət bunu stimullaşdırmalıdır", deyə İctimai Palata qeyd edib.

"Biz bir dəfə verilən "çoxuşaqlı” və ya "ata” kapitalını təklif edirik. Üçüncü uşağın doğulması ilə analıq kapitalını artırmaq deyil, ayrıca ödəniş etmək", deyə Rusiya Federasiyası İctimai Palatasının demoqrafiya, ailə, uşaq və ənənəvi dəyərlərin qorunması üzrə komissiyanın sədri Sergey Rıbalçenko bildirib.(Qaynarinfo)

 

0.01856803894043