Baydenin impiçmenti ilə bağlı qərar tezliklə veriləcək

Baydenin impiçmenti ilə bağlı qərar tezliklə veriləcək
 

“Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Cozef Baydenə qarşı impiçment qərarı tezliklə veriləcək”.

Bunu Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson deyb.

Onun sözlərinə görə, Ağ Ev rəhbərinə qarşı impiçment cəhdlərinin davam etdirilib-etdirilməməsi barədə qərar “çox yaxında” veriləcək.

“The Guardian” bildirib ki, Consonun sələfi Kevin Makkarti hələ bu ilin sentyabrında prezidentin davranışı ilə bağlı araşdırma elan etsə də, bir neçə həftə ərzində spiker vəzifəsindən kənarlaşdırıldı.

İstintaq prezident və onun ailəsi, xüsusən də oğlu Hanter Bayden ətrafında korrupsiya iddialarına yönəlib. Ağ Ev rəhbəri isə əmindir ki, vergi pozuntularında şübhəli bilinən oğlu Hanter heç bir qanunsuz hərəkətə yol verməyib.(Report)

 

0.013323068618774