Səhər-səhər mübahisə etdiyi şəxsi bıçaqlayıb öldürdü - Təfərrüat

Səhər-səhər mübahisə etdiyi şəxsi bıçaqlayıb öldürdü - Təfərrüat
 

Bakıda qətl törətməkdə təqsirli bilinən Ülvu Mahmudovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Paralel.az" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinə rayonun Balaxanı qəsəbəsində qətl törədilməsi barədə əməliyyat məlumatı daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirərkən məlum olub ki, 35 yaşlı Natiq Məmmədov qəsəbədə kirayədə qalan 28 yaşlı Ülvi Mahmudov tərəfindən qətlə yetirilib. Buna görə faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılır və Ülvi Mahmudov şübhəli şəxs kimi paytaxtın Nəsimi rayonunda saxlanılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinn Ülvi Mahmudov saxlanılıb.

Ülvi Mahmudov ifadəsində bildirib ki, təxminən 4 ildir ki, ailəsi ilə birlikdə Şamaxı rayonundan Bakıya köçüb. Balaxanı qəsəbəsində kirayədə yaşayıblar. Hərbi xidmətdə olanda əsgər yoldaşını bıçaqladığı üçün məhkum olunub.

2020-ci il oktyabrın 22-də gecə tanışı Yusif Hüseynovun evində qalıb. Səhər saat 8-də Yusiflə sağollaşıb küçəyə çıxıb. Oradan təxminən 30 metr uzaqlaşanda tanışı Camal Yaqubovla rastlaşıb. Camalla söhbət edərkən yoldan “Moskviç” markalı avtomaşının gəldiyini görüb. Maşın asta sürətlə hərəkət edib. Lakin onların olduğu yerə yaxınlaşanda sürücü sürəti artırıb. Tanımadığı şəxsə yüskəs səslə iradını bildirib. Bu zaman sürücü bir qədər qabaqda avtomaşın saxlayıb onlara yaxınlaşıb:

“Maşından düşüb yaxınlaşdı mənə tərəf. Gələn kimi sinəmə birdə yumruqla sifətimə zərbə vurdu. Məndə cibimdən bıçağı çıxardıb bilmirəm harasına vurdum”.

Ülvi Mahmudov ifadəsinin davamında bildirib ki,hadisə yerindən qaçaraq həyətə daxil olub. Bıçağı həyətdə yuyaraq kəmərinə keçirib. Oradan bibisi oğlu gilə gələrək ona adam bıçaqladığını bildirib. Daha sonra polis əməkdaşları gələrək onu şöbəyə aparıblar.

Məhkəmə prosesi zamanı Ülvi Mahmudov ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Ülvi Mahmudov CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum olunub.

 

0.015490055084229