"Qarabağ" "Bayer" Leverkuzenə Bakıda da uduzsa...

 

Konkret deyim ki, "Qarabağ"ın oktyabrın 26-da "Bayer"lə Almaniyada keçirdiyi, uduzduğu oyunda yalnız oyuna psixoloji hazır olmadığını irad tutmaq olar. Futbolçular "BayArena"da möhtəşəm atmosferin, rəqibin nüfuzundan çəkinmə xofunu üzərindən ata bilmədi.

Qapıçı Andrey Lunyova çox ümid bəsləyirdik, o da keçmiş komandasına qarşı oyunda qeyri-adi çıxış etmədi. Sağdan, soldan, mərkəzdən, uzaqdan vurulan topları qapısından buraxdı.

Amma yenə deyirəm, bunlar hamısı gözlənilən idi. Bundesliqanın lideri, bu mövsüm məğlubiyyət tanımayan "Bayer" qarşısında biz nəyə ümid edə bilərdik? 

Məncə, "Bayer"ə iki dəfə uduzsaq belə, dünyanın sonu olmayacaq. Amma bu cür startdan sonra qrupdan ikinci komanda olaraq çıxmamaq, bax, bu, "Qarabağ" üçün futbol faciəsi sayılacaq.

Ona görə, möhkəm olub, irəli baxmaq, pley-offa vəsiqəni hər bir halda İsveç və Norveç çempionlarına vermək olmaz.

Düşünürəm ki, "Qarabağ" bu vəzifənin öhdəsindən uğurla gələcək.

Abbas

0.01807713508606