Müqəddəs Lüdovikin ölüm səbəbi indi tapıldı

Müqəddəs Lüdovikin ölüm səbəbi indi tapıldı
 

Fransanın ən tarixi monarxı IX Lüdovikin ölüm səbəbi araşdırılıb.

“Medicina” xəbər verir ki, 1226-1270-ci illərdə hakimiyyətdə olmuş kralı bakteriya öldürüb.
Fransız alimləri son tədqiqatda onun bakterial infeksiya səbəbindən sepsisdən öldüyü qənaətinə gəliblər.

12 yaşında taxta çıxan Lüdovik Tunisdə 56 yaşında ölüb.

O hakimiyyəti dövründə xəstəxanalar tikmiş, incəsənəti təbliğ etmiş və kollec yaratmışdı.

Alimlər kralın balzamlaşdırılmış daxili orqanlarını təhlil edib. Kralın alt çənəsinin təhlili göstərib ki, o, sinqa xəstəliyindən ölə bilər. Amma əsas səbəb infeksion xəstəlik olub.

Onun oyadıcısı isə Capnocytophaga sputigena bakteriyası olub.

 

0.014302968978882