İsmayıl Vəliyevə hökm oxuyan hakim təqaüdə göndərildi 

İsmayıl Vəliyevə hökm oxuyan hakim təqaüdə göndərildi 
 

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. 

“Qafazinfo” xəbər verir ki, Şuranın sədri İnam Kərimov çıxışında ədalət mühakiməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. 

İclasda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin yaş həddi ilə bağlı təqaüdə göndərildiyi bildirilib. 

Hakim uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiyinə görə Fəxri Fərmanla təltif edilib.

Qeyd edək ki, təqaüdə yola salınan hakim N.Məmmədov Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə ittiham olunanların və digər ağır və xüsusilə ağır cinayət işləri araşdırıb.

 

0.015904903411865