"Azərpoçt" kimə həvalə edildi?

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinə (İH) sədr əvəzi təyin olunub.

"Paralel.az" xəbər verir ki, şirkətə rəhbərlik İH-nin üzvü İsi Mustafayevə həvalə edilib.

Xatırladaq ki, "Azərpoçt"un sədri Əfqan Cəlilov vəzifəsindən azad olunaraq nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin edilib. Ona müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə olunub.

 

0.014581918716431