İsrail ilk dəfə o silahdan istifadə etdi

İsrail ilk dəfə o silahdan istifadə etdi
 

İsrail dünya tarixində ilk dəfə olaraq strateji raketdən müdafiə sistemindən döyüş şəraitində istifadə edib. Bu, Yəməndən atılan raketin vurulması zamanı baş verib.

“Qırmızı dəniz bölgəsindən İsrail dövlətinə atılan “Yer-yer” tipli “Strela” raketi uzaqmənzilli müdafiə sistemi tərəfindən müvəffəqiyyətlə vurulub. Hərbi Hava Qüvvələrinin aşkarlama sistemləri raketin uçuş trayektoriyasını izləyib və onu maksimum dərəcədə effektiv şəkildə zərərsizləşdirib”, - İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, bu gün döyüş şəraitində ilk dəfə istifadə edilən İsrailin “Arrow 3” raketdən müdafiə sistemi ABŞ ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Sistem 2400 km-ə qədər məsafədə transatmosfer kinetik vuruş prinsipi əsasında işləyir. Standart “Arrow 3” radarı, versiyasından asılı olaraq 500 və ya 900 km-ə qədər məsafədə düşmən hədəfini müəyyən edə bilər.(oxu.az)

 

0.011942863464355