Səudiyyə Ərəbistanı ordusunu döyüş hazırlığı vəziyyətinə gətirdi

Səudiyyə Ərəbistanı ordusunu döyüş hazırlığı vəziyyətinə gətirdi
 

Səudiyyə Ərəbistanının silahlı qüvvələri və hava hücumundan müdafiə sistemləri “Ənsarallah” hərəkatının (Husi) yəmənli üsyançıları ilə toqquşmadan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. 

Paralel.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müvafiq əmr bir neçə həftə əvvəl üsyançıların Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək cəhdindən sonra krallığın silahlı qüvvələrinin bütün bölmələrinə verilib. Raket hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Silahlı qüvvələrin yerləşdirilməsinin digər səbəbi Yəmənlə sərhəddə yerləşən Cizan əyalətinin cənubunda üsyançılarla toqquşmalar nəticəsində 4 Səudiyyə əsgərinin həlak olmasıdır.

Qarşıdurmalar oktyabrın 19-da üsyançıların İsrailə doğru qanadlı raketlər və pilotsuz təyyarələr atmasından sonra başlayıb.

“Bloomberg”in məlumatına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səud oktyabrın 30-da Vaşinqtonda Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri ilə İsrail və HƏMAS arasındakı müharibənin təsirini, eləcə də Yəməndəki vəziyyəti müzakirə edəcək.

Mürtəza
Ölkə.Az

 

0.010963916778564