Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq
 

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq.

“Trend”in məlumatına görə, bu barədə 2024-27-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri inkişaf etdiriləcək. Məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji və idarəetmə heyətinin peşəkarlığı artırılacaq. Məktəbəqədər təhsilin keyfiyyətinin təminat sistemi yaradılacaq. Nəticədə məktəbəqədər təhsilə cəlb edilən 1-5 yaşlıların payı 50%-ə çatdırılacaq.
Xatırladaq ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.

Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

 

0.014045000076294