Gələcəyimizin əmin əllərdə olması naminə 

Gələcəyimizin əmin əllərdə olması naminə 
 

Məlum olduğu kimi “Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevanın təşəbbüsüylə 20 oktyabr-20 noyabr tarixləri Azərbaycanda uşaq hüquqları aylığı elan edilib. Uşaq hüquqları daima dövlətimizin sosial siyasətində əsas sahələrdən biri sayılıb amma bu dəfəki təşəbbüsün Ulu Öndər Heydər Əliyev ilinə təsadüf etməsi ona xüsusi çəki və məna verir. Əslində burda təsadüfdən çox zərurət var, çünki Ümummilli Lider H. Əliyevin uşaqlara sevgi və qayğısı onun siyasətinin ana xəttini təşkil edib. Bu onun irəli sürdüyü tezisdən də aydın görünür.

Ulu Öndər deyirdi: “ Uşaqlar bizim sevincimiz, xöşbəxtliyimizdir, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daima xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”.

Bu tezisin məntiqi davamı kimi məhz H. Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq Hüquqları haqqında” AR qanunu qəbul edilmiş, “SOS Kinderdoft İnternəşni” təşkilatıyla respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Ulu Öndər xalqımızın sabahını-gənc nəsli yaşatmaq, hərtərəfli inkişaf etdirmək naminə uşaqlar arasında həyat səviyyəsini yaxşılaşdırmaq üçün respublikanın potensialı ilə kifayətlənməyərək bu sahə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmişdir. Uşaq hüquqları üzrə güclü qanunvericilik bazasının, ölkənin artmaqda olan iqtisadi potensialını nəzərə alan dahi şəxsiyyət demişdir:

“ Artıq biz ictimai-siyasi cəhətdən sabit bir Azərbaycan yaratmışıq. Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə qarşılaşmayacaqsınız. Bu sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”.

Bəli, tarix 44 günlük Vətən müharibəsi və 23 saat 58 dəqiqəlik antiterror əməliyyatı ilə sübut etdi ki, Ulu Öndərin yetişməkdə olan gənc nəslə bəslədiyi inam əbəs deyilmiş.
Ümummilli Liderin uşaq hüquqlarının qorunmasıyla bağlı siyasəti bu gün Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən yüksək səviyyətə qorunub saxlanılır və uğurla inkişaf etdirilir. Hər il dövlət büdcəsinin əhəmiyyətli hissəsi uşaqlar və gənclərlə bağlı sosial layihələrin icrasına yönəldilir - aztəminatlı ailələrə ünvanlı sosial yardım, şəhid və qazi ailələrinin uşaqlarına müxtəlif yömlü müvinətlər və.s. Bunun nəticəsidir ki, indi paytaxt küçələrində, bölgələrdə əvvəlki illərdəki kimsəsiz uşaqların tüfeyli həyat sürməsi faktları demək olar ki, ardan qalxıb. Dövlətin, o cümlədən vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ixtisaslaşmış uşaq evləri yaradılıb, internat məktəbləri açılıb. Xüsusi istedadlı uşaqlar hərtərəfli dövlət qayğısıyla əhatələnib, onların orta və hətta xarici ali məktəblərdə təhsil almalarına şərait yaradılıb.
Uşaq hüquqları aylığının elan edildiyi bu günlər həm də onunla əlamətdar və yaddaqalan olacaq ki, xalqımız Qarabağdakı Qəti Qələbə, “Bayraq Günü” və “Konstitudiya Günü “ kimi əlamətdar bayramların sevincini yaşayacaq. O konstitusiyakı onun aparıcı müddəaları uşaqların hüquqlarına həsr olunub.
Aydınlıq üçün vurğulayım ki, dövlətin digər aidiyyəti qurumları kimi Azərbaycan Ədliyyə Nazirliyi sistemində çalışanlar da uşaq hüquqları aylığı kampaniyasında yaxından və səmərəli iştirak etçəyi hədəfləyir. Xatırladım ki, nazirliyimizin idarə və şöbələri ümumiyyətlə öz gündəlik fəaliyyətlərində uşaq hüquqları məsələsinə xüsusi diqqətlə yanaşır, mütamədi münaqişəli ailələrə baş çəkir, yetkinlik yaşına çatmamış uşaqların məcburi əməyə cəlb edilməsinə, erkən nigah və uşaqlara şiddətlə bağlı maarifləndirici söhbətlər aparır, zəruri hallarda qanunamüvafiq tədbirlər görür.
Yekun olaraq onu deyə bilərəm ki, ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulan və Qalib prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən uşaq hüquqları xüsusi diqqət və qayğı tələb edən siyasət uşaqlarımızın gələcəyinə nikbin baxmağa əsas verir.

Malik Mahmudov,
Beyləqan rayon Qeydiyyat şöbəsinin rəisi

"Paralel.az"

 

0.013896942138672