Mübahisə etdiyi adamı bıçaqlayan şəxsə hökm oxunub

Mübahisə etdiyi adamı bıçaqlayan şəxsə hökm oxunub
 

Bakıda restoranların birində  vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs hökm oxunub.

Məhkəmənin hökmü ilə Polad Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən restoranların birində baş verib.

Sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı 2006-cı il təvəllüdlü Polad Salmanov, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

 

0.070016145706177