Müraciətlərdən rüşvət, korrupsiya amacı ilə yararlanılır

Müraciətlərdən rüşvət, korrupsiya amacı ilə yararlanılır
 

İnsan hüquqları rüşvətlə qoruna bilər?

Ölkədə insan hüquqlarının durumu elə acınacaqlı durumdadır ki, şikayətlərdən də rüşvət- korrupsiya amacı ilə yararlanılır. Vətəndaş pozuntudan, özbaşınalıqdan, məhkəmə qərarlarının onlarla illərdir icra olunmamasından şikayət edir, hüquq-mühafizə orqanları haqqını- hüququnu alıb susur, hətta şikayət edənin özünü damlayır, işgəncəyə uğradırlar. Son ümid yeri kimi Azərbaycan Respublikasının  İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) üz tutmaq da pozuntunun aradan qaldırılmasına yox, rüşvətin-korrupsiyanın çiçəklənməsinə gətirir. Ombudsmanın, Aparatının da şikayətlərdən rüşvət amacı ilə yararlanması üzə çıxır.

Bu sətirlərin yazarının Xətai məhkəməsinin 26.0.2009, 2(011)-451/09 saylı və 21.06.2011 tarixli, 2(011)-855/11 saylı iki (!) qətnaməsi ilə haqq etdiyi Nizami rayonu, Bəhruz Nuriyev- 10 a ünvanındakı qeyri-yaşayış otaqlarını borclular ƏMDX, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil dəstə kimi ələ keçirib 2021-ci ildə ata adı olmayan Türkiyə vətəndaşı Kərəm Sezerə satmalarından; Bakı  İnzibati  Məhkəməsinin 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı qərarının 8-ci ildir icraya belə yönəldilməməsindən, 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarının icrasını 6 ildən sonra 01.04.2023-cü ildə borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özbaşına məhkəmə qərarını “ləğv edib”(?) , dayandırmasından; son hərbi xidmət qurumunun -DİN-in məlumat vərəqini yeniləyib, pensiyanı düzgün hesablanması ilə bağlı müraciətə baxmamasından ( təsəvvür edin, döyüş komandiri, baş leytenantın vəzifə maaşı 530 manatdır, bu heç sıradan döyüşçü əsgərin donluğundan da azdır-M.B.)  Ombudsmana şikayətə aparat rəhbəri Aydın Səfixanlı “topdan” bir cümlə ilə cavab verib ki, əvvəllər cavab verilib. Belə insan hüquqları qorunar? Haqqı pozulana Ombudsman Aparatının qanunsuz cavabı yox, hüququnun bərpası gərəkir. Onlarla illərdir məhkəmə qərarlarının icra olunmasını  təmin edə bilməyən, daha doğrusu, etmək istəməyən insan hüquqlarını qorumağa təhkim edilən müvəkkil , aparatın rəhbəri nəyə müvəkkillik edir? Niyə   “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanunun tələbinə uyğun olaraq  Ombudsman məhkəmə qərarlarının nəinki vaxtında , ümumiyyətlə,  illərdir icra olunmamasına görə insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq səlahiyyətindən niyə yararlanmır, “it ilində” cavab verdiyini bildirməklə müvəkkilliyini bitirmiş sayır? Rüşvət, korrupsiya amili baş rolda deyilmi? Yoxsa, belə cavablarla baş qatılmazdı.

İnsan hüquqları üzrə müvəkkili hüquq pozuntularından  (şikayətlərdən) rüşvət amacı ilə yararlandığı ölkədə hansı hüquqdan danışmaq olar?

Məğrur Bədəlsoy

"Paralel.az"

0.076076030731201