Cərimələr - vətəndaşın "cibinə girməyin" mədəni üsulu

Cərimələr - vətəndaşın
 

Hərbi əməliyyatlardan öncəki mərhələdə pullar daha çox ölkənin inftastrukturu üçün lazım idi. Maliyyə cərimələrinin müxtəlif üsulları “kəşf” edilmişdi. Avtomobilin təkərlərinin ölçü müxtəlifliyindən başlamış, ağlagəlməz digər detallı fərqlərə qədər hamısı cərimələrin əsas səbəbləri idi.

İndi işğaldan azad olmuş bölgələrin qanuni və ya qanunsuz formada maliyyə mənbəyi rolunda çıxış etməyə başlanılıb. Şəhərin ağlagəlməz yerlərinə, hətta küçələrə qədər nəzarət kameralarının kütləvi olaraq yerləşdirilməsi gözlə aydın görünən hallardır.

Fotoda gördüyünüz bu küçə sizlərə tanışdır. DİN yuxarıda yerləşən yolun sağında olan birinci küçədir. Bura yaşayış binasının həyətidir.

Ötən il burada avtomobil saxlanılması hüquqpozma halı sayılmırdı. İndi artıq bu küçənin sağında və ya solunda avtomobil saxlamaq cərimə olunmaq üçün əsasdır. Ötən həftələrdə bu məhəllədə avtomobilimin park edilməsi ilə bağlı cərimə gəldi.

Məhəllənin ağsaqqalı ilə danışıram... Deyirlər ki, mənzilimizin qarşısında avtomobil saxlamaq cərimə ilə nəticələnir. Bununla bağlı Nazirlər Kabinetinə də məktublar yazıblar...

Vətəndaşın yaşayış yerinin qarşısında avtomobil park etməsi niyə hüquqpozma halı sayılsın ki?

Niyə vətəndaş hər gecə avtomobilini evinin qarşısında saxladığı halda hər gün 20 manat cərimə ödəsin ki?

Ayda 600 manat cərimə ödəyən vətəndaş 6000 manatı necə qazansın?

Avtomobil almaq avtomobil saxlamaqdan çətin olub. Cərimələr hüquqpozmanı tənzimləmə alətindən çıxaraq maliyyə mənbəyi rolunu oynamağa başlayıb.

Əvvəlki şuar belə idi: “Qarabağ boyda dərdimiz var...”
İndiki şuar: “Hər şey Qarabağ üçün...”

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri

"Paralel.az"

0.067239999771118