Hidroloq alimdən su böhranı təhlükəsi ilə bağlı çağırış: "Özümüzü hazırlamalıyıq"

Hidroloq alimdən su böhranı təhlükəsi ilə bağlı çağırış:
 

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, hidroloq alim Rza Mahmudov su böhranı təhlükəsi ilə əlaqədar əhaliyə çağırış edib.

Bu barədə hidroloq alim İqtisadiyyat.az-a açıqlamasında deyib.

"Sudan qənaətlə istifadə etmək lazımdır, bu məsələdə israfçılığa yol verilməməli, təkrar emaldan istifadə olunmalıdır. Ən əsası isə çirkli su ilə içməli su ayrılmalıdır. Avtomobil yuma məntəqələri hamısı şirin sudan istifadə edir. Amma halbuki istifadə olunan sudan, yəni təkrar emala yararlı sudan istifadə edilməlidir. Su ehtiyatları və çayların axınının azalması baxımından özümüzü hazırlamalıyıq", - alim bildirib.

Qeyd edək ki, son illər şirin su qaynaqlarının ciddi şəkildə azalması, suvarma üçün yararlı olan su mənbələrinin quruması aktual məsələlərdən birinə çevrilib. Yay aylarında çaylarda sululuğunun azalması ciddi həyəcan siqnalıdır. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar artıq mübarizə tədbirləri aparılır. 

 

0.07497501373291