Azərbaycan minifutbol millisi bu gün ilk oyununu keçirəcək

Azərbaycan minifutbol millisi bu gün ilk oyununu keçirəcək
 

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu yığma İraq millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveyt milliləri ilə qarşılaşacaq.

"Paralel.az"

 

0.014546871185303