Paşinyanın təqdim etdiyi yeni xəritədə Qarabağ detalı

Paşinyanın təqdim etdiyi yeni xəritədə Qarabağ detalı
 

Ermənistan baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” Beynəlxalq Forumunda İrəvanın bölgədəki kommunikasiya xətlərinin açılması və gələcək fəaliyyət planı ilə bağlı təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsini təqdim edərkən bir sıra ciddi məqamlar ortaya çıxıb. 

Birinci məqam ondan ibarətdir ki, Paşinyan layihəni təqdim edərkən Azərbaycanın ərazi bütövlüyünü tam əks etdirən xəritəni təqdim edib. Təqdim olunan xəritədə Azərbaycan əraziləri tamamilə və erməni yer adlarından istifadə edilmədən əks olunub. Bu, İrəvanın Qarabağdan tam imtinasının növbəti sübutudur.

İkincisi, layihədə Azərbaycanla Naxçıvanı birləşdircək Zəngəzur dəmir yolu ilə yanaşı, Qazax-Dilican-Sevan-Naxçıvan, Qazax-Dilican-Sevan-Qars dəmir yolunu, həmçinin Laçın-Qarakilsə-Şahbuz-Naxşıvan, Kəlbəcər- Zod-Vedi- Arazdəyən-Sədərək, Qazax-Dilican-İrəvan-Sədərək, Qazax-Dilican-İrəvan-Qars, Qaxaz-Dlican-İrəvan-Ani-Ağrı avtomobil yolları layihəsi əksini tapıb.

Təqdim edilən layihəyə baxdıqda İrəvan daha çox komunikasiya xətlərinin bir bölgədən deyil, şaxələndirilmiş formada şimal-cənub-şərq-qərb olmaqla bütün bölgələr əhatə olunduğunu görmüş olarıq.

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə bəyan edib ki, İrəvan indi Azərbaycanla sülh və münasibətlərin tənzimlənməsi haqqında saziş layihəsi üzərində işləyir, ümid edir ki, bu proses yaxın aylarda uğurla başa çatacaq.

Paşinyan sülh gündəliyinin iki prinsipini xatırladaraq bu prinsiplər ətrafında Azərbaycanla razılıq əldə olunduğunu da bildirib. 

“Ümid edirəm ki, yaxın aylarda Azərbaycanla sülh müqaviləsi bağlanacaq. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanla Türkiyə arasında sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması baxımından da irəliləyiş olacaq”, - baş nazir bildirib.

Mürtəza
Ölkə.Az

 

0.021837949752808