"Cənubi Qafqazda sülhə nail olmaq üçün Azərbaycanla işləməyə hazırıq" - Qaribaşvili

 

Gürcüstan Ermənistan və Azərbaycanla Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdı.

"Paralel.az" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə İpək Yolu Forumunun açılışında çıxışı zamanı deyib. 

“Hökumətimin Sülh Qonşuluq Təşəbbüsünün köməyi ilə biz qonşularımız və dostlarımızla - Azərbaycan və Ermənistanla nəhayət, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırıq”, - o qeyd edib.

Qaribaşvili əlavə edib ki, forumda iştirak etmək üçün gələn Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədovu salamlamaqdan şaddırlar.

 

 

0.015716075897217