“Putinin ürəyi dayandı” xəbərinə Peskovdan REAKSİYA

“Putinin ürəyi dayandı” xəbərinə Peskovdan REAKSİYA
 

Rusiya Prezidenti Vladimir Putinin səhhətindəki problemlər haqqında yayılan xəbərlər barədə açıqlama verilib.

Paralel.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bu informasiyaları "növbəti şayiə" adlandırıb.

“Hər şey qaydasındadır”, - deyən Putinin mətbuat katibi geniş açıqlama verməyə lüzum görməyib.

Xatırladaq ki, oktyabrın 22-də Rusiya liderinin səhhətinin pisləşdiyi bildirilib. Onun iqamətgahlarından birindəki yataq otağında yıxıldığı və təhlükəsizlik xidmətinin əməkdaşlarının Putini yerdə uzanmış vəziyyətdə gördüyü barədə xəbərlər yayılıb.

Məlumatda qeyd olunub ki, həkimlər prezidentin ürəyinin dayandığını biləndən sonra reanimasiya əməliyyatı aparıblar. Vaxtında yardım göstərilib. Prezidentin vəziyyəti stabilləşib və daimi həkim nəzarətindədir.

 

0.017796993255615