Əgər Qarabağa ermənilər köçürülürsə, o zaman… - Azay Quliyevü

Əgər Qarabağa ermənilər köçürülürsə, o zaman… - Azay Quliyevü
 

“Ermənistan və havadarları bar-bar bağırırdılar ki, bəs Qarabağdan 120 min erməni çıxıb, amma az keçmədi ki, özləri dedikləri rəqəmin yalan olduğunu ortaya qoydular. İndi 100 minə yaxın erməninin Qarabağı tərk etdiyini qeyd edirlər. Bəs qalan 20 min erməni hanı?”

Ölkə.Az xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu rəqəmlərdən öz məqsədləri üçün manipulyasiya edirlər: “Bir də ki, Qarabağ ermənilərin çoxu Rusiya vətəndaşı olduğundan Rusiyaya köçüb gediblər. Paşinyan rejimi rəqəmlərdən manipulyasiya etməklə Qərbdən daha çox yardım almaq istəyir”.

Deputat onu da əlavə edib ki, Ermənistan hər il qondama Xankəndi xunta rejiminə 370 milyon dollar vəsait ayırırdı, olmazmı həmin vəsait Qarabağdan köçən ermənilərin tələbatının ödənilməsinə yönləndirsinlər: “Eyni zamanda bəzi Avropa ölkələrinin Qarabağ ermənilərinin qeyd-şərtsiz geri dönməsini tələb edirlər. Bu qeyd-şərtsiz geri dönüş nə deməkdir, anlaşılmır. Onsuz da Azərbaycan tərəfi ermənilərin geri dönüşü ilə bağlı işlər aparmaqdadır. Tarixən Qarabağda yaşayan ermənilərin geri dönüşündə heç bir problem yoxdur. Ancaq işğal dövründə ora köçürülən ermənilərin geri dönüşü qeyri-mümkündür. Bu köç qarşılıqlı şəkildə həyata keçirilməlidir. Əgər Qarabağa ermənilər köçürülürsə, o zaman Qərbi Azərbaycana da azərbaycanlılar köçürülməlidir”, - deputat bildirib.

Mürtəza
Ölkə.Az

 

0.014172792434692