Erməni nazirin çarəsizliyi ŞOK EFFEKTİ YARATDI: “Ölkə dərhal dağılacaq…”

Erməni nazirin çarəsizliyi ŞOK EFFEKTİ YARATDI: “Ölkə dərhal dağılacaq…”
 

Ermənistanın iqtisadiyyat naziri ona ünvanlanan sual qarşısında mat qalıb.

Paralel.az xəbər verir ki, İrəvanda mətbuat konfransı zamanı Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyana belə bir sual verilib: “Ermənistan ixracatının böyük faizi Rusiyaya gedir. Belə bir şəraitdə Moskva ilə münasibətlərin gərginləşməsi narahatedici deyilmi?”

Buna nazir belə cavab verib: “Bunlar böyük rəqəmlər deyil. İxracımızın yalnız 40 faizi Rusiyaya gedir”.

Daha sonra nazirlə müzakirəyə məşhur erməni iqtisadi şərhçi Akop Köçəryan qoşulub:

“Cənab nazir, bilirsinizmi, ixracımızın neçə faizi Rusiyaya gedir? Bu, gülüncdür. Kimi aldadırsınız? Əslində, bizim ixracımızda Rusiyanın bazar payı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir. Bu, iqtisadiyyat nazirinin dediyi kimi 40 faiz deyil, 51,7 faizdən yuxarıdır.

Bu o deməkdir ki, Ermənistanın ixracı birbaşa Rusiya bazarından asılıdır. Bu həm xarici ticarət və ixrac, həm də bütövlükdə iqtisadiyyat və iqtisadi inkişaf üçün ciddi təhlükələr yaradır. Belə bir ticarət əlaqəsinin olması istənilən ölkə üçün çox risklidir.

Rusiya bazarında Ermənistanın ixracı ilə bağlı problemlər yaranarsa, Ermənistan dərhal dağılacaq. Məsələn, Ermənistanın ixracatında ABŞ-nin payı bir faizə belə çatmır”.

Nazir bunun qarşılığında heç bir cavab verməyib.

 

0.015329837799072