Ararat Mirzoyan Tehranda "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək

Ararat Mirzoyan Tehranda
 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Tehranda "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək.

Paralel.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.

Ani Badalyan deyib ki, Ararat Mirzoyan İran tərəfinin dəvəti ilə "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, oktyabrın 23-də Tehranda "3+3" formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun oktyabrın 23-də Tehranda danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

 

0.012334108352661