BANK AVRASİYA-nın lisenziyası ləğv edilir? - 14 milyon manatdan çox depozit geri çəkilib
“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 3 milyon 953 min manat mənfəətlə başa vurub.
Paralel.az Valyuta.az-a istinadən xəbər verir ki, bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.
Bankın gəlirləri 14,27 milyon manat təşkil edib, bu isə illik müqayisədə 26,4 % çoxdur, xərcləri 8,345 milyon manat (33,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,972 milyon manat (50,1 % az) təşkil edib.
“Bank Avrasiya” nın aktivləri ilin əvvəli ilə müqayisədə 9,8 %, yaxud da 22 milyon 025 min manat azalaraq 202 milyon 243 min manata enib.
“Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 13,5% və ya 16,8 milyon manat artaraq 142 milyon 242 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 14,9 milyon manat ,biznes kreditləri 71,1 milyon manat, daşınmaz əmlak kreditləri isə 56,1 milyon manat təşkil edib.
“Bank Avrasiya”nın öhədlikləri ilin əvvəli ilə müqayisədə 25 milyon 980 min manat yaxud da 17,3 % azalaraq 124 milyon 481 min manat təşkil edib.
Hesabat dövründə bankın depozit portfeli 14 milyon 391 min manat yaxud da 18 % azalaraq 65 milyon 308 min manata enib.