Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxundu

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxundu
 

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Yolçuyevə hökm oxunub.

Paralel.az xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, X.Yolçuyev 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Gəncə şəhərində qeydə alınıb.

Belə ki, Samux rayon sakini X.Yolçuyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
X.Yolçuyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, X.Yolçuyev Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı, hadisədə dünyasını dəyişən Ş.Məmmədov isə Vətən müharibəsinin iştirakçısı olub.

 

0.017494916915894