Argentina milli futbol komandasının üzvü uzaqlaşdırıldı

Argentina milli futbol komandasının üzvü uzaqlaşdırıldı
 

İtaliya A Seriyası təmsilçisi "Monza"nın futbolçusu Alexandro (Papu) Qomez futboldan ikiillik diskvalifikasiya olunub. 

Qaynarinfo-nun məlumatına görə buna səbəb onun dopinq qəbul etməsi olub. 

Argentinalı futbolçunun 2022-ci il dünya çempionatı öncəsi verdiyi dopinq testinin nəticəsi müsbət çıxıb. Ötən mövsüm formasını geyindiyi "Sevilya”nın həkimləri ilə məsləhətləşmədən oğluna məxsus uşaq siropunu içən futbolçu testin müsbət çıxmasına səbəb kimi məhz bunu göstərib.

Ötən il Qətərdə keçirilən dünya çempionatının, daha sonra Avropa Liqasının qalibi olan "Sevilya"dan ayrılan 35 yaşlı vinger yay transfer pəncərəsinin son günlərində, sentyabrda "Monza" ilə müqavilə imzalamışdı.

 

0.064359188079834