Qarabağı qaytardıq, qoruya biləcəyikmi?!

Qarabağı qaytardıq, qoruya biləcəyikmi?!
 

Tapdıq Abbas

Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri

Rusiya hərbçilərini ölkədən çıxarmaq mümkün olmayacaq

Bəli, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan üçrəngli Bayrağımızı Xankəndində və bütün Qarabağda ucaltdı!..

Düz 30 il həsrətini çəkdiyimiz ərazi bütövlüyümüzü bərpa etdik! Təkcə çox çətin bircə işimiz qaldı-Rusiya hərbçilərini evlərinə yola salmaq və suverənliyimizi qətiləşdirmək, doğrudurmu?!

Bir işimiz də var-xalqımızı qətliam edib, ağır cinayət törətmiş terrorçulardan xalqımızın qisasını almaq, on minlərlə dinc insanlarımızı qanına qəltan edən terroristləri layiqincə cəzalandırmaq! Terrorbaşıların xeyli hissəsi Bakı təcridxanasında "istirahət" edirlər. bu da çox möhtəşəm hadisədir, deyilmi?!..

Cənab Prezidentin dediyi kimi, ermənilər demişdilər ki, Bakıya mütləq gələcəyik, gəldilər, amma əli-qolu qandallı! Demişdilər ki, Bakıda çay da icəcəyik, içirlər, amma zindanda!..

Baxın, iki əsrdən çoxdur xristian himayəçisinin (xüsusən Rusiyanın) köməyilə Azərbaycanda yaşayan ermənilər xalqımıza zülm etməklə, günahsız, əliyalın dinc sakinləri öldürməklə, evini, eşiyini, varını, yoxunu yağmalamaqla, yandırmaqla, yurdunu, yuvasını yerlə yeksan etməklə, törətdikləri ağılasığmaz vəhşiliklərlə yaddaşımıza həkk olunub...

İllər, əsrlər ötdü, haqq nazildi, amma üzülmədi. Nəhayət, ermənilərin tarix boyunca adət etdiyi satqınçılıq və xəyanətkar xarakteri işə düşdü, qısqanclıq edən erməniləri dünyanın hər yerindən Azərbaycana toplayıb, dövlət edən Rusiyaya qarşı dönük çıxdılar, erməni qaraçılarını himayə edən Rusiyanı Fransa və ABŞ-yə satdılar...

Bəlkə də bu tarixin ironiyasıdır. Bu məqamda qədim bir atalar sözünü xatırlayıram. Səhv etmirəmsə atalar sözü belədir: "Nə qatarsan aşına, o da çıxar qaşığına"!..

Rusiya hələ keçən əsrin 20-ci illərində bolşeviklərin hakimiyyəti ələ keçirdiyi zaman Azərbaycan torpağını zorla, acımasızcasına ermənilərə verdi, əvvəl 9 min kv. km ərazində Ermənistan dövləti yaratdı, sonra isə Azərbaycan torpaqlarını zorla alıb, Ermənistana verərək, onun ərazisini 29 min kv. km qədər genişləndirdı.

Vaxtilə Rusiyanın erməniləri himayə edərək, Azərbaycana qarşı etdiyi haqsızlığı hazırda Fransa və ABŞ-yə güvənən Ermənistan Rusiyaya qarşı eyni hərəkəti edir. Fikrimcə, burada görkəmli alim Nyutonun "təsir əks təsirə bərabərdir" qanununu xatırlamaq yerinə düşər...

Xülasə, mətləbdən uzaqlaşmayaq, qələbə, zəfər, torpaqlarımızın işğaldan azad olunması, hərbi qələbə nəticəsində dünyada xalqımızın başının ucalığının təmin olunması, şəhidlərimizin və ordumuzun qəhrəmanlığı hesabına milli namusumuzun təmizlənməsi, acı məğlubiyyətin yaratdığı qara ləkənin tariximizdən silinməsi, sözsüz, çox böyük qələbədir!..

Amma çox vacib bir məsələni unutmayaq ki, hələ Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb, nə Rusiya, nə də ABŞ və Aİ Qarabağın erməniəsilli vətəndaşlarının nazı ilə oynayır, nə qonşu Rusiya və İran, nə də ABŞ və Avropa İttifaqı Azərbaycanın yox, Ermənistanın tərəfini tutur. Ən əsası isə odur ki, Rusiya Cənubi Qafqazda mövqeyini itirməmək, qorumaq və möhkəmləndirmək üçün ən azı Azərbaycanda, Qarabağda qalmağa çalışacaq və bunun üçün əlindən gələni edəcəkdir!...

0.048829078674316