"Milan"ın hücumçusu "Yuventus" və PSJ ilə oyunları buraxacaq

 

İtaliyanın "Milan" klubu itki ilə üzləşib.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, Samuel Çukvueze zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

24 yaşlı hücumçu oktyabrın 22-də A seriyasında "Yuventus", həmçinin Çempionlar Liqasının qrup mərhələsində Fransanın PSJ komandası ilə III və IV turun (25 oktyabr və 7 noyabr) matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, nigeriyalı oyunçu yayda İspaniya "Vilyarreal"ından İtaliya təmsilçisinə keçib.

 

0.018952131271362