Mahir Emreli oyunöncəsi problemlə üzləşdi

Mahir Emreli oyunöncəsi problemlə üzləşdi
 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bunu hücumçunun formasını geyindiyi Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakoroviç açıqlayıb.

Onun sözlərinə görə, hücumçu Xorvatiya çempionatında “Qoritsa” ilə keçiriləcək qarşılaşma öncəsi məşqdə ayağında ağrı hiss edib. Mütəxəssis Emrelinin baldırında ağrı olduğunu söyləyib: “Lakin vəziyyəti ciddi deyil. Bu, sadəcə, fiziki yorğunluqla bağlıdı”.

Qeyd edək ki, “Dinamo”nun “Qoritsa” ilə çempionat oyunu sabah baş tutacaq.

 

0.021487951278687