Azərbaycan və Ermənistan XİN başçıları Tehranda görüşə bilər

Azərbaycan və Ermənistan XİN başçıları Tehranda görüşə bilər
 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın paytaxtı Tehranda görüşə bilər.

"Paralel.az” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında məlumat verib.

“Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - o deyib.

Nazir müavini bildirib ki, Türkiyə, Rusiya və İran nümayəndələri ilə görüşlərin keçiriləcəyi də ehtimal edilir.

 

0.069719076156616