İrəvanda ara qarışdı: Şahramanyanın qardaşı döyüldü - VİDEO

İrəvanda ara qarışdı: Şahramanyanın qardaşı döyüldü - VİDEO
 

İrəvanda Samvel Şahramanyan administrasiyasının nümayəndələri ilə etiraz aksiyası keçirən Qarabağ sakinləri arasında münaqişə baş verib.

"Paralel.az"  erməni mediasına istinadən xəbər verir ki, hadisə zamanı Ermənistan polisi bir neçə nəfəri saxlayıb.

Onlar qondarma rejimin qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.

Nümayişçilər Şahramanyanın qardaşı qondarma rejimin aparat rəhbəri olmuş Karen Şahramanyana hücum ediblər.

Samvel Şahramanyan etirazçılara təklif edib ki, onunla görüşüb məsələləri həll etmək üçün 20-30 nəfər seçsinlər və alternativ olaraq gələn həftənin əvvəlində danışıqlar aparsınlar.

O bəhanə gətirərək bildirib ki, uydurma rejim hələ də buraxılmayıb və bu proseslə bağlı çoxlu məsələlər var, guya ümumxalq səsverməsi ilə qəbul edilənləri fərmanla ləğv etmək olmaz.

"Hamımız çox çətin, son dərəcə çətin vəziyyətdəyik. Amma burada baş verənlər vəziyyəti daha da pisləşdirir. Bizim burada düşmənimiz yoxdur. Bizim bir düşmənimiz var və bunu hamı bilir. Bizim öz xalqımızın taleyini təhlükəyə atmağa haqqımız yoxdur. Vətən - Ermənistan Respublikası".

Qarabağdan olan etirazçılar polis kordonlarını yarıb Qarabağın İrəvandakı nümayəndəliyinin binasına soxulublar.

“Biz bütün suallara cavab verməyə hazırıq, heç vaxt danışıqlardan imtina etməmişik”, - Şahramanyan Qarabağdan olan erməni sakinləri ilə görüşdən sonra deyib.

 

0.013702154159546