Quterreş atəşkəsə çağırdı

Quterreş atəşkəsə çağırdı
 

BMT-nin Baş katibi Antonio Quterreş Qəzza zolağı ilə İsrail arasında təxminən iki həftə ərzində humanitar atəşkəs əldə etməyə çağırıb.

Paralel.az xəbər verir ki, Quterreş bu barədə Qahirədə Misirin xarici işlər naziri Sameh Şukri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

 

0.014295816421509