Məhsa Əmini Saxarov mükafatına layiq görüldü

Məhsa Əmini Saxarov mükafatına layiq görüldü
 

Avropa parlamentinin Andrey Saxarov adına “Fikir azadlığı” mükafatının builki qalibləri açıqlanıb.

"Paralel.az" xəbər verir ki, bu barədə məlumatı Avropa parlamentinin spikeri Roberta Metsola açıqlayıb.

Məlumata görə, mükafata ötən il Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən Məhsa Əmini və İranın “Qadın, həyat, azadlıq” hərəkatı layiq görülüb. 

Mükafatın təqdim edilmə mərasimi dekabrın 13-ü Avropa parlamentində baş tutacaq. 

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini 2022-ci ilin sentyabrında Tehranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada vəfat edib. O, baş örtüyünü düzgün geyməməkdə günahlandırılıb. Gənc qızın ölümü İranda kütləvi etiraz aksiyalarına səbəb olub. 

Qeyd edək ki, Andrey Saxarov adına “Fikir azadlığı” mükafatı 1988-ci ildən başlayaraq hər il insan hüquq və azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verilir. Mükafatın həcmi 50 min dollar təşkil edir.

 

0.019550800323486