Bu ölkə Azərbaycana minnətdarlığını bəyan etdi

Bu ölkə Azərbaycana minnətdarlığını bəyan etdi
 

Yeni Kaledoniya müstəqillik uğrunda mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır.

"Paralel.az" xəbər verir ki, bunu Yeni Kaledoniyanın nümayəndəsi Kayzi Pyer bildirib.

O, həmçinin Yeni Kaledoniya xalqının öz hüquqları uğrunda apardığı mübarizədə dəstək tapmaq imkanına görə Azərbaycana təşəkkürünü bildirib.

Pyer vurğulayıb ki, Fransa Yeni Kaledoniyanı müstəmləkə edilmiş ölkələr siyahısına daxil etməmək üçün hər cür cəhd edir:

"Biz Azərbaycanın sayəsində Qoşulmama Hərəkatı kimi nüfuzlu platforma vasitəsilə dünya ictimaiyyətinə səsimizi çatdıra bildik və dəstək istədik. Biz müstəqilliklə bağlı ikinci referendumun keçirilməsini tələb edirik. Əvvəlki referendumda iştirak etməmişdik. Bunun üçün dəstək qazanmalıyıq”.

 

0.015465021133423