Daha bu nağıllara inanmayın - Kiviryan

Daha bu nağıllara inanmayın - Kiviryan
 

“Çox sərt, lakin çox sadə bir şeyi izah etmək istəyirəm. Biz coğrafiyanı dəyişə bilmərik və bu vəziyyətdə ən azı Azərbaycan-Türkiyə ittifaqı ilə əhatə olunmuşuq, heç bir faktı demirik ki, onlar eyni zamanda İran və Gürcüstanın bizimlə həmsərhəd ərazilərdə yaşayırlar və bu mənada coğrafiya çox tez dəyişə bilər”.

Ölkə.Az xəbər verir ki, bunu erməni ekspert Arqişti Kiviryan deyib.

“İndi bu vəziyyətdə ya onlardan güclü olmalıyıq, hansı ki, bu, qeyri-mümkündür, ya da müstəqil dövlətimiz olmamalıdır. Yəni bizi qoruyacaq hansısa dövlətə qoşulmalıyıq, ya da bu iki böyük qonşu ilə münasibətləri tənzimləməyə çalışmalıyıq.

Müstəqilliyi qoruyub saxlamaq istəyirsinizsə, başqa seçiminiz yoxdur və sizin yerinizə bu dövlətlərə qarşı vuruşacaq müttəfiqlər axtarmağı unudun. Hansı ki, erməni xalqı son 150 ildə bu nağıllarla yaşadı və daha bu nağıllara inanmayın”,- erməni ekspert qeyd edib.

Mürtəza
Ölkə.Az

 

0.017285108566284