Qəzzada xəstəxananı kim vurub?  - MÖVQE

Qəzzada xəstəxananı kim vurub?  - MÖVQE
 

"Qəzzada xəstəxanaya hansı tərəfin – İsrailin, yoxsa HƏMAS-ın zərbə endirməsi beynəlxalq gündəmdə əsas müzakirə mövzularından biridir. Qəzzaya əməliyyat keçirən tərəf İsrail olduğu üçün ilk diqqət onun üzərinə yönəlir, keçmiş təcrübə də belə düşünməyə əsas verir. Lakin Təl-Əviv bu ittihamı qəbul etmir".

"Paralel.az"  xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, belə müəmmalı hadisələrdə bir məqam əsas ip ucu olur:

"Nəticədən kim qazandı?

İsrailin əməliyyata başlayanda beynəlxalq ictimai rəydə qazandığı “haqlı” mövqeyi zəiflədi, o cümlədən, ilk hücuma keçəndə HƏMAS haqda yarana mənfi rəy azaldı. Hadisədə müharibənin davam etməsini və müsəlman dünyasının İsrailə qarşı birləşməsini, eləcə də ərəb ölkələrinin İsraillə normallaşan, döyüşlər başlayandan sonra isə çıxılmaz vəziyyətə düşmüş münasibətlərinin daha da kəskinləşməsini istəyən tərəflər də maraqlı ola bilər?" - deyə o qeyd edib.

 

 

 

0.01285982131958