Arda Gülərin bu hərəkəti PSJ sahibini qəzəbləndirdi

Arda Gülərin bu hərəkəti PSJ sahibini qəzəbləndirdi
 

"Fenerbahçe"dən "Real Madrid"ə keçidi böyük təsir bağışlayan Arda Gülər “Paris Saint Jermain”dən də təklif alıb.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, gənc ulduz Fransa nəhənginin təklifinə məhəl qoymayıb.

Arda Gülərin bu hərəkəti PSJ-nin sahibi Nasser Əl Xəlafini çox qəzəbləndirib. 

Dünyaca məşhur iş adamının qisas almaq üçün "Real Madrid"dən transfer oğurlamaq istədiyi iddia edilir.

Qeyd edək ki, PSJ mövsümün əvvəlində Arda Gülər ​​üçün 20 milyon avro ödəməyə hazırdı. Lakin milli futbolçu “Real Madrid”dən gələn təklifə görə heç bir klubla görüşməyib.

Günay

 

0.016247034072876