Washington Post “Əl Əhli” xəstəxanası ilə bağlı yazıb

Washington Post “Əl Əhli” xəstəxanası ilə bağlı yazıb
 

“Xəstəxana 80 çarpayıya malik idi və ayda təxminən 3500 ambulator qəbul edirdi. Orada ayda 300-ə yaxın əməliyyat və 600-ə yaxın rentgen müayinəsi aparılıb. Əl-Əhli Qəzzada xristianların rəhbərlik etdiyi yeganə müstəqil tibb müəssisəsidir. İsrail Qəzzada xəstəxanaya hücum edərək dəhşətli hərbi qırğın törətdi. 75 illik əzab və cinayət, dünya isə tam sükutu müşahidə edir" - “Washington Post” qəzeti yazıb.

İsrailin baş naziri Benyamin Netanyahu isə:  “Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya hücumu ÇAXAL deyil, Qəzzada barbar terrorçular həyata keçirib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz uşaqlarını öldürür” -deyə bildirib.

Qeyd edək ki, prezident Mahmud Abbas xəstəxanaya hücumdan sonra ölkədə 3 günlük matəm elan edib.

"Paralel.az"

 

 

0.048714160919189