“Azərreyl” bu gün Çelenc Kubokunda cavab oyununu keçirəcək

“Azərreyl” bu gün Çelenc Kubokunda cavab oyununu keçirəcək
 

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.

"Paralel.az" xəbər verir ki, təmsilçimiz Ukrayna “Balta”sı ilə qarşılaşacaq.

Komandalar arasında ötən gün keçirilən görüşdə “Azərreyl” 3:0 hesablı qələbə qazanıb. Cavab matçı da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Ancaq bu dəfə ukraynalılar meydan sahibi qismində çıxış edəcəklər.

Çelenc Kuboku
1/32 final, cavab oyunu
18 oktyabr

20:00. “Balta” (Ukrayna) - “Azərreyl” (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi.
İlk oyun – 0:3.

 

0.031296968460083